Alətlər və Dəzgahlar — Satış və Servis

Zəng sifarişi

Alətlər və Dəzgahlar — Satış və Servis

Zəng sifarişi

Alətlərn sadə axtarışı:

Fermer avadanlıqı

  • Wema Kultivator WM1000N

    690.00

    Wema  WM1000N – Texniki Xüsusiyyətlər

    Mühərrik
    Mühərrik tipi: benzin, 4 taktlı, 1 silindr, hava ilə soyutma
    Mühərrik modeli: WM170F
    Mühərrik həcmi: 196 sm³
    Güc: 7 a.g. (təxminən 5.0 kW)
    İşə salma sistemi: əl ilə starter
    Yanacaq növü: benzin
    Yanacaq çəni: 3.6 litr
    İş parametrləri
    İşləmə eni: 800 – 1000 mm
    İşləmə dərinliyi: 150 – 300 mm
    Frezalar: 4 bölmə (bıçaq komplekti)
    Torpaq tipi: yumşaq, orta və orta-bərk torpaq üçün uyğun
    Transmissiya və hərəkət
    Sürətlər qutusu: mexaniki
    Sürət sayı: 2 irəli / 1 geri
    Reduktor: dişli (gear drive)
    Debriyaj: kəmər tipli
    Konstruksiya və funksiyalar
    Təkərlər: 4.00 – 8 pnevmatik
    Sükan: tənzimlənən (hündürlük üzrə)
    Qoşqu qoşmaq imkanı: var
    Əlavə avadanlıq dəstəyi: kotan, kartofəkən, freza və s.
    Ölçü və çəki
    Çəki: 70 – 80 kq
    Ölçülər: təxminən 1500 × 800 × 1000 mm
    Qısa izah
    Üstünlük: sadə konstruksiya + az yanacaq sərfiyyatı + etibarlı mühərrik
    Uyğundur: bağ sahələri, 10–40 sot torpaq
    İşlər: yumşaltma, şumlama, kartof işləri, gündəlik kənd təsərrüfatı

  • Wema Kultivator WM1000N-6

    870.00

    Wema  WM1000N-6 – Texniki Xüsusiyyətlər

    Mühərrik
    Mühərrik tipi: benzin, 4 taktlı, 1 silindr, hava ilə soyutma
    Mühərrik modeli: WM170F
    Mühərrik həcmi: 196 – 212 sm³
    Güc: 7 a.g. / 5 kW
    İşə salma: əl ilə (starter)
    Yanacaq növü: benzin
    Yanacaq çəni: 3.6 – 4.9 litr
    İş parametrləri
    İşləmə eni: 700 – 1000 mm
    İşləmə dərinliyi: 150 – 300 mm
    Torpaq tipi: yumşaq, orta və bərk torpaq üçün uyğun
    Freza komplekti: 4 × (2+1) bıçaq
    Transmissiya və hərəkət sistemi
    Sürətlər qutusu: mexaniki
    Sürət sayı: 4 irəli / 2 geri
    Reduktor: dişli (gear drive – yüksək davamlılıq)
    Debriyaj: çoxdiskli (yağ vannasında)
    Konstruksiya və funksiyalar
    Təkərlər: 4.00 – 8 pnevmatik
    Sükan: tənzimlənən (hündürlük və yan istiqamət)
    Qoşqu və əlavə avadanlıq qoşmaq imkanı: var
    İstifadə sahələri: kotan, kartof əkini, frezalama, qoşqu ilə yük daşıma
    Ölçü və çəki
    Ölçülər: 1600 × 1000 × 1050 mm
    Çəki: 75 – 100 kq
    Qısa izahı
    Üstünlük: kompakt ölçü + 7 a.g güc + 6 sürət
    Uyğundur: bağ sahələri, 10–50 sot torpaq
    İstifadə: yumşaltma, şumlama, kartof işləri, qoşqu ilə daşınmaWema Kultivator WM1000N-6 – texniki xüsusiyyətlər
    Mühərrik
    Mühərrik tipi: benzin, 4 taktlı, 1 silindr, hava ilə soyutma
    Mühərrik modeli: WM170F
    Mühərrik həcmi: 196 – 212 sm³
    Güc: 7 a.g. / 5 kW
    İşə salma: əl ilə (starter)
    Yanacaq növü: benzin
    Yanacaq çəni: 3.6 – 4.9 litr
    İş parametrləri
    İşləmə eni: 700 – 1000 mm
    İşləmə dərinliyi: 150 – 300 mm
    Torpaq tipi: yumşaq, orta və bərk torpaq üçün uyğun
    Freza komplekti: 4 × (2+1) bıçaq
    Transmissiya və hərəkət sistemi
    Sürətlər qutusu: mexaniki
    Sürət sayı: 4 irəli / 2 geri
    Reduktor: dişli (gear drive – yüksək davamlılıq)
    Debriyaj: çoxdiskli (yağ vannasında)
    Konstruksiya və funksiyalar
    Təkərlər: 4.00 – 8 pnevmatik
    Sükan: tənzimlənən (hündürlük və yan istiqamət)
    Qoşqu və əlavə avadanlıq qoşmaq imkanı: var
    İstifadə sahələri: kotan, kartof əkini, frezalama, qoşqu ilə yük daşıma
    Ölçü və çəki
    Ölçülər: 1600 × 1000 × 1050 mm
    Çəki: 75 – 100 kq
    Qısa izahı
    Üstünlük: kompakt ölçü + 7 a.g güc + 6 sürət
    Uyğundur: bağ sahələri, 10–50 sot torpaq
    İstifadə: yumşaltma, şumlama, kartof işləri, qoşqu ilə daşınma

  • Wema Kultivator WM1200AE

    1,700.00

    Wema WM1200AE – Texniki Xüsusiyyətlər

    Mühərrik tipi: benzin, 4 taktlı, 1 silindr, hava ilə soyutma
    Mühərrik gücü: təxminən 12–16 a.g. (model komplektasiyadan asılı)
    Mühərrik həcmi: ~270–420 sm³
    İşə salma sistemi: əl ilə + elektrik starter (AE versiya)
    Yanacaq növü: benzin
    Yanacaq çəni: təxminən 5–6.5 litr
    İş parametrləri
    İşləmə eni: 1000 – 1200 mm
    İşləmə dərinliyi: 250 – 300 mm
    Frezaların sayı: 24 – 40 bıçaq (komplektdən asılı)
    Torpaq tipi: yumşaq, orta və bərk torpaq üçün uyğun
    Transmissiya və idarəetmə
    Sürətlər qutusu: mexaniki
    Sürət sayı: 2 irəli / 1 geri
    Debriyaj: disk və ya kəmər tipli
    Reduktor: dişli (gear drive – daha dözümlü)
    Konstruksiya və əlavə imkanlar
    PTO (val çıxışı): var (qoşqu və əlavə avadanlıqlar üçün)
    Təkərlər: pnevmatik (5.00–12)
    Qoşqu çəkmə imkanı: var
    İdarəetmə sükanı: tənzimlənən
    Ölçü və çəki
    Çəki: təxminən 120 – 150 kq
    Ölçülər: ~1800 × 1000 × 1100 mm
    Qısa izah
    Üstünlük: güclü mühərrik + elektrik starter + ağır torpaq üçün uyğun
    Uyğundur: fermerlər, bağ sahibləri, 20–100 sot torpaq
    İstifadə: şumlama, yumşaltma, kartof əkini, qoşqu ilə yük daşıma

  • Wema Kultivator WM1200BE

    1,800.00

    Wema WM1200BE – Texniki xüsusiyyətlər

    Model: WM1200BE
    Brend: Wema
    Mühərrik
    Mühərrik modeli: WM186F / 186FE
    Tip: Dizel, 4 taktlı, 1 silindr, hava ilə soyutma
    Güc: 9 – 12 HP (≈ 6.6 – 8.8 kW)
    Həcm: ~406 cc
    İşə salma sistemi
    Start: Elektrik start + əl starter
    Yanacaq sistemi
    Yanacaq növü: Dizel
    Yanacaq çəni: ~5.5 litr
    Yağ tutumu: ~1.6 – 2.0 litr
    Transmissiya
    Sürətlər:
    4 irəli
    2 geri
    Ötürücü: Dişli reduktor (gear drive)
    Mufta: Disk tipli, yağ vannasında
    İş parametrləri
    İş eni: 800 – 1350 mm (genişlənə bilir)
    İş dərinliyi: 150 – 300 mm
    Avadanlıq
    Təkərlər: 4.00–10 / 5.00–12
    PTO (güc çıxışı): Var
    Ölçü və çəki
    Ölçülər: təxminən 1000–1800 mm (uzunluq konfiqurasiyadan asılıdır)
    Çəki: ~140 – 170 kq

  • Wema Kultivator WM900M

    650.00

    Wema WM900M – Texniki Xüsusiyyətlər

    Mühərrik
    Mühərrik tipi: benzin, 4 taktlı, 1 silindr, hava ilə soyutma
    Mühərrik modeli: WM168FB / GX200 tip
    Mühərrik həcmi: 196 sm³
    Güc: 6.5 – 7 a.g. (təxminən 4.8–5.0 kW)
    İşə salma sistemi: əl ilə starter
    Yanacaq növü: benzin
    Yanacaq çəni: 3.6 litr
    İş parametrləri
    İşləmə eni: 600 – 900 mm
    İşləmə dərinliyi: 150 – 300 mm
    Freza sistemi: 4–6 bıçaq bölməsi (komplektdən asılı)
    Torpaq tipi: yumşaq və orta torpaq üçün uyğun
    Transmissiya və hərəkət
    Sürətlər qutusu: mexaniki
    Sürət sayı: 2 irəli / 1 geri
    Reduktor: zəncir və ya dişli (modeldən asılı)
    Debriyaj: kəmər tipli
    Konstruksiya və funksiyalar
    Təkərlər: 4.00 – 8 pnevmatik
    Sükan: tənzimlənən (hündürlük üzrə)
    Qoşqu qoşmaq imkanı: var
    Əlavə avadanlıq: kotan, kartofəkən, freza və s. ilə uyğun
    Ölçü və çəki
    Çəki: 70 – 85 kq
    Ölçülər: təxminən 1400 × 800 × 1000 mm
    Qısa izah
    Üstünlük: kompakt + az yanacaq sərfiyyatı + rahat idarəetmə
    Uyğundur: bağ sahələri, 5–30 sot
    İşlər: torpaq yumşaltma, əkin hazırlığı, bağ baxımı

  • Wema Kultivator WM900M-3

    670.00

    Wema WM900M-3 – Texniki Xüsusiyyətlər

    Mühərrik
    Mühərrik tipi: benzin, 4 taktlı, 1 silindr, OHV, hava ilə soyutma
    Mühərrik modeli: WM170F
    Mühərrik həcmi: 212 sm³
    Güc: 7 a.g. (≈5 kW)
    İşə salma: əl ilə starter
    Yanacaq növü: benzin
    Yanacaq çəni: 3.6 – 4.9 litr
    Yağ həcmi (mühərrik): ~0.6 L
    İş parametrləri
    İşləmə eni: 800 – 1200 mm
    İşləmə dərinliyi: 150 – 300 mm
    Freza sistemi: 3 × (2+1) bıçaq
    Torpaq tipi: yumşaq, orta və orta-bərk torpaq üçün uyğun
    Transmissiya və hərəkət
    Sürətlər qutusu: mexaniki
    Sürət sayı: 3 irəli / 1 geri
    Ötürücü sistemi: kəmər ötürücü (belt drive)
    Reduktor: çuqun korpuslu dişli reduktor (daha davamlı)
    Transmissiya yağı: ~1.1 L
    Konstruksiya və funksiyalar
    Təkərlər: 4.00 – 8 pnevmatik
    Sükan: tənzimlənən (hündürlük üzrə)
    Qoşqu və əlavə avadanlıq qoşmaq imkanı: var
    Aktiv avadanlıqlarla işləmə: mümkündür (məsələn, otbiçən və s.)
    Ölçü və çəki
    Ölçülər: 1390 × 800 × 1070 mm
    Çəki: təxminən 99 kq
    Qısa izahı
    Üstünlük: 7 a.g güc + 3 sürət + ağır reduktor
    Uyğundur: 20–80 sot torpaq sahələri
    İşlər: şumlama, yumşaltma, kartof əkini, qoşqu ilə daşınma

  • Wema WM1100BE-6 kultivator

    1,650.00

    Weima WM1100BE-6 – Texniki Xüsusiyyətlər

    Əsas Göstəricilər
    İstehsalçı: Weima
    İstehsalçı ölkə: Çin
    Növ: Motoblok
    Mühərrik növü: Dizel
    Mühərrik markası: WEIMA WM186FBE
    Maksimal emal dərinliyi: 30 sm
    Ötürücülərin sayı: 4 irəli / 2 geri
    Transmissiya: Ötürücü reduktor (dişli çarxlı)
    İlişmə sistemi (Sцепление): Diskli
    Güc ötürmə valı (VOM): Var
    Dəstə daxildir: Qoşqu mexanizmi (Ssepka)
    Təkərlərin diametri: 10 düym
    Vəziyyəti: Yeni
    Daxili Yanma Mühərrikinin Xüsusiyyətləri
    Mühərrikin gücü: 9 at gücü
    Mühərrikin həcmi: 418 kub sm
    Silindrlərin sayı: 1
    Soyutma sistemi: Hava soyutmalı
    Mühərrikin dövriyyə sayı: 3600 dövr/dəq
    Yanacaq çəninin həcmi: 5.5 litr
    Yağ çəninin həcmi: 1.65 litr
    İstifadəçi Xüsusiyyətləri
    İşəsalma növü: Elektrostart (açarla) / Mexaniki (əl ilə)
    Mühərrikin takt sayı: Dördtaktlı

Fermer avadanlığı və fermer texnikası satışı Azərbaycanda

Fermer avadanlığıfermer texnikası satışı Azərbaycanda son illərdə daha da актуallaşmışdır. Kiçik və orta təsərrüfat sahibləri üçün düzgün texnika seçimi artıq lüks deyil, birbaşa gəlir və effektivlik

Fermer avadanlığı, fermer texnikası

Aletzade.az

məsələsidir.

Şirkətimiz bir neçə ildir ki, Azərbaycana fermerlər üçün nəzərdə tutulmuş etibarlı texnika gətirir. Bunlara mini traktorlar, motobloklar, kultivatorlar və digər kənd təsərrüfatı avadanlıqları daxildir.

Bizim əsas fərqimiz qiymət deyil — keyfiyyət və uzunömürlülükdür. Çünki bu seqmentdə ucuz və keyfiyyətli texnika arasındakı qiymət fərqi çox böyük olmasa da, istifadə zamanı fərq çox ciddi hiss olunur.

Motobloklar, Kultivatorlar – kiçik təsərrüfatlar üçün ideal həll

Motobloklar kiçik torpaq sahələri üçün ən praktik həllərdən biridir.

Bu texnika ilə:

  • torpağı tez və effektiv şumlamaq mümkündür
  • əlavə işçi qüvvəsinə ehtiyac azalır
  • vaxt itkisi minimuma enir

Məsələn, 30–35 sot torpaq sahəsinin əl ilə işlənməsi üçün bir neçə nəfər və yüksək xərc tələb olunur. Motoblok ilə isə eyni işi bir nəfər daha qısa zamanda və daha aşağı xərclə görə bilər.

Bundan əlavə, motoblok yalnız şəxsi istifadə üçün deyil. Bir çox fermerlər bu texnikadan əlavə gəlir mənbəyi kimi istifadə edir. Qonşu sahələrin şumlanması ilə motoblok – kultivatorlar qısa müddətdə öz dəyərini çıxarır.

Bu baxımdan fermer texnikası olaraq motobloklar həm sərfəli, həm də funksional seçimdir.

Mini traktorlar, kiçik həcimli traktorlar – daha yüksək məhsuldarlıq və rahatlıq

Mini traktorlar motobloklarla müqayisədə daha yüksək səviyyəli texnikadır.

Onların əsas üstünlükləri:

  • daha yüksək məhsuldarlıq
  • operator üçün rahatlıq (oturaq idarəetmə)
  • daha geniş funksionallıq
  • daha az fiziki yorğunluq

Mini traktorla siz daha böyük sahələri qısa zamanda emal edə bilərsiniz. Bu isə birbaşa gəlirə təsir edir.

Şirkətimiz Azərbaycanda mini traktorların təqdimatında ilk addım atanlardan biridir. Hal-hazırda anbarda bir neçə model mövcuddur və yaxın zamanda çeşid daha da genişlənəcək.

Mini traktorlar müxtəlif rejimlərdə işləyə bilir:

  • dərin şumlama
  • orta dərinlik
  • səthi işləmə

Bu isə texnikanı müxtəlif torpaq növləri və işlər üçün universal edir.

Mini traktor ilə əlavə qazanc imkanı

Praktika göstərir ki, mini traktor yalnız xərcləri azaltmır, həm də qazanc yaradır.

Bir çox müştərilərimiz mini traktor alaraq:

  • müxtəlif ərazilərdə xidmət göstərir
  • bir neçə sahəni gün ərzində emal edir
  • hətta bir neçə rayonda fəaliyyət göstərir

Bu isə fermer avadanlığı seçimində düzgün qərarın necə gəlirə çevrildiyini açıq şəkildə göstərir.

Kreditlə fermer texnikası əldə etmək imkanı

Biz anlayırıq ki, hər bir fermer üçün texnikanı birdəfəlik almaq rahat olmaya bilər.

Bu səbəbdən şirkətimiz aşağıdakı imkanları təqdim edir:

  • kreditlə alış
  • lizinq proqramları
  • bank vasitəsilə maliyyələşmə

İlkin ödənişlə siz istədiyiniz mini traktor və ya motobloku əldə edə bilərsiniz.

Bunun üçün sadəcə bizimlə əlaqə saxlayaraq:

  • model seçimini dəqiqləşdirmək
  • şərtləri razılaşdırmaq
  • çatdırılma imkanlarını öyrənmək kifayətdir

Bundan əlavə, regionlarda da xidmət göstəririk. Yəni Bakıya gəlmədən sifariş verib texnikanı birbaşa ünvanınıza ala bilərsiniz.

Ehtiyat hissələri və servis – daim əlçatan

İstənilən texnika zamanla servis və ehtiyat hissələri tələb edə bilər.

Bu səbəbdən biz yalnız fermer texnikası satışı ilə kifayətlənmirik, həm də:

  • ehtiyat hissələrinin daimi mövcudluğunu təmin edirik
  • kultivatorlar və mini traktorlar üçün əsas detallar anbarda saxlanılır
  • uzun gözləmə müddətini aradan qaldırırıq

Siz əlavə olaraq xaricdən sifariş vermək və ya texnikanı uzun müddət istifadə edə bilməmək problemi ilə qarşılaşmırsınız.

Ən önəmlisi isə odur ki, təqdim etdiyimiz texnika yüksək keyfiyyətə malikdir və minimum servis ehtiyacı ilə seçilir.

Niyə bizim fermer avadanlığı seçilməlidir

Bizim yanaşmamız sadədir — müştəriyə düzgün həll təqdim etmək.

Biz sizə kömək edirik:

  • ehtiyacınıza uyğun texnika seçməkdə
  • artıq xərclərdən qaçmaqda
  • uzunömürlü və etibarlı avadanlıq əldə etməkdə

Çünki düzgün seçilmiş fermer avadanlığı və fermer texnikası sizin işinizi daha rahat, daha sürətli və daha gəlirli edir.

Nəticə

Kənd təsərrüfatında uğur düzgün texnika seçimindən başlayır.

İstər motoblok, istər mini traktor — hər biri öz yerində doğru istifadə edildikdə böyük fərq yaradır.

Biz isə bu seçimdə sizə kömək etməyə hazırıq.

Sadəcə əlaqə saxlayın, məsləhət alın və təsərrüfatınızı daha effektiv idarə etməyə başlayın.

Sizdə fermer texnikası üçün kredit və ya lizinq imkanı varmı?

Bəli, əlbəttə. Biz satışa məhz kredit imkanları ilə başlamışıq ki, fermerlər üçün texnika almaq daha asan və əlçatan olsun.

Sizin təqdim etdiyiniz texnikaya zəmanət nə qədərdir?

Təklif etdiyimiz texnikaya zəmanət müddəti 6 aydan başlayır və daha çox ola bilər. Bu, seçdiyiniz texnika modelindən asılıdır.

Bölgələrdə və hətta mərkəzlərdə ehtiyat hissələri tapmaq çətin olur. Sizdə bu məsələ necə həll olunur?

Bu da bizim ilk həll etdiyimiz məsələlərdən biridir. Məqsədimiz odur ki, siz ehtiyat hissələrinin axtarışına minimum vaxt sərf edəsiniz. Bütün əsas ehtiyat hissələri anbarımızda mövcuddur və siz Bakıya gəlməsini gözləmək məcburiyyətində qalmırsınız.

Title

Go to Top